Pakistanın Karaçi şəhərində son günlərdə isti hava səbəbilə 65 nəfər dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Edhi" adlı klinika məlumat yayıb. Hadisə isti hava və elektrikin olmadığı son 4 gündə baş verib. Küçələrdə huşunu itirən insanlar qeydə alınıb.
Hökümət bu barədə hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, ölkədə temperatur bu gün 44 dərəcəyə qədər qalxıb. İnsanlar küçələrdə uzanaraq sərinləməyə çalışır.
2015-ci ildə istilər eyni ərazidə 1233 nəfərin ölümünə səbəb olmuşdu.
Gülşən
Şərhlər