İdman 14:02 19.01.2022

Paltardəyişmə otağına tapança ilə hücum edən futbolçu cəzalandırıldı

Bursada Regional Həvəskarlar Liqasında baş tutan "Yalıntaşspor" - "Samanlıspor" matçından sonra rəqib komandanın paltardəyişmə otağına boş tapança ilə basqın edən meydan sahiblərinin qapıçısı Barış Yurt federasiya tərəfindən 3 oyunluq cəzalandırılıb.

Qaynarinfo xəbər verir ki,  həvəskarların çempionaında aşağı sıralardan qurtulmaq üçün mübarizə aparan "Yalıntaşspor" dekabrın 19-da "Samanlıspor"u qəbul edib. "Yalıntaşspor”un 4-1 öndə olduğu matçın son dəqiqələrində hakim meydan sahiblərinin qapıçısı Barış Yurt və rəqib futbolçu Həmzə Tekinalpı qırmızı vərəqə ilə meydandan qovub. Bu qərardan sonra otaqdan çıxaraq maşınına tərəf gedən Barış Yurt boş tapançasını götürərək rəqib komandanın paltardəyişmə otağına yollanıb. Burada təhdidlər edən qapıçı şikayət əsasında nəzarətə götürülüb. Polis bölməsində silahı və ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. 

Daha sonra TFF-yə bağlı Bursa şəhərinin İntizam Komitəsi Barış Yurta  3 oyunluq cəza verib. Bu cəzanı qeyri-kafi hesab edən "Yalıntaşspor"un prezidenti Səməd Karanfil açıqlamasında cəza ilə razılaşmadığını, qapıçının lisenziyasını cırıb atdıqlarını və onunla bütün münasibətləri kəsdiklərini bildirib.

Karanfil futbolçunu almaq istəyən klubun ona yeni lisenziya verməli olacağını bildirib.

Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?