Xəbər lenti

Pambıq zavodunda faciə: paltarı dəzagaha ilişən gəncin boynu sındı
Ölkə 23:53 17.10.2021

Pambıq zavodunda faciə: paltarı dəzagaha ilişən gəncin boynu sındı

Ağcabədi rayonunda pambıq zavodunda işçi ağır xəsarət alıb.

Qaynarinfo "Report”a istinadla xəbər verir ki, həmin zavodda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib.

Nəticədə o ağır bədən xəsarəti alıb. Yaralı dərhal xəstəxanaya aparılıb.

Həkim müayinəsindən sonra Amil Mehralıyevə boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdrıma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->