Xəbər lenti

Ekonomiks 11:34 22.06.2021

Pandemiya yavaş-yavaş geri çəkilir, neft bahalaşır (ŞƏRH)

"İqtisadi aktivlik artdığı üçün neftə ehtiyac artır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov neftin qiymətinin artmasından danışarkən deyib. Onun sözlərinə görə, neftin qiymətinin artmasının əsas səbəblərindən biri pandemiyanın geriləməsidir:
 
 

"Pandemiya yavaş-yavaş geri çəkilir və məhdudiyyətlər aradan qaldırılır. Bütün dünya üzrə iqtisadiyyat və iqtisadi subyektlər fəaliyyətlərini bərpa edir. Neftin qiyməti nə vaxt enmişdi? Pandemiyanın ilk aylarında neftə ehtiyac yox idi”.

Qeyd edək ki, neftin qiyməti son 2 ildə ən yüksək səviyyəyə qalxıb. Xüsusilə Brent bir barel üçün 0,25% - 75,09 dollar bahalaşıb. WTI bir barel üçün 0,04% bahalaşaraq 73,63 dollar təşkil edib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->