Koronavirus pandemiyasının Avropa klublarına vurduğu ziyanın məbləği müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu, Avropa Klublar Assosiasiyasının hesabatında öz əksini tapıb.
Bildirilir ki, klublar ümumilikdə 3,6 milyard avro itirəcək. Bunun böyük hissəsi gələn mövsümə təsadüf edəcək. Cari mövsümdəki itki 1,5, gələn mövsümdəki isə təxminən 2,1 milyard olacaq.
Qeyd edək ki, hesabatda transferlərdən əldə oluna biləcək vəsait nəzərə alınmayıb.
Şərhlər