Vatikan Papa II İohan Pavelə qarşı sui-qəsd törədən Mehmet Əli Ağcanın bu əmri İranın mərhum dini lideri Xomeynidən aldığı göstərilən kitabındakı iddialarını rədd edib.
Qaynar.info-nun məlumatına görə, sözçüsü Federiko Lombardi Ağcanın dünən İtaliyada nəşr olunan "Mənə cənnəti vəd etdilər" kitabında yer alan bu sui-qəsd üçün ona Ayətullah Xomeyninin əmr verdiyi iddialarını qəti şəkildə rədd edib. Vatikan bu iddiaları yalan adlandırıb.
"Bu dəfə Ağcanın iddialarına inanmalıyıqmı? Məncə yox" deyən Lombardi kitabda yazılanların yalan olduğunu sübut edə biləcəyini söyləyib.
Lombardi hətta Ağcanın həbsxanada onunla görüşməyə gələn Papaya sui-qəsd əmrini Xomeynidən alması iddiasını da yalan adlandırıb.
Qeyd edək ki, Mehmet Əli Ağca 1981-ci ilin mayın 13-də Vatikanın Müqəddəs Pyotr meydanında insanları salamlayan II İohan Paveli silahla vurmuşdu.
Qaynar.info
Şərhlər