Xəbər lenti

Paradoks: Səhiyyəyə ayrılan vəsait artdıqca keyfiyyət aşağı düşür (EKSPERT)
Sağlamlıq 10:59 24.01.2020

Paradoks: Səhiyyəyə ayrılan vəsait artdıqca keyfiyyət aşağı düşür (EKSPERT)

"Son illər xüsusilə ali təhsil sahəsində keyfiyyət dəyişiklikləri müşahidə edilsə də, səhiyyə sahəsində demək olar ki, hər gün geriyə gedirik".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib. 

Onun sözlərinə görə, dövlətin səhiyyəyə ayırdığı vəsaitlə yanaşı, əhalinin sağlamlığına yönəltdiyi xərclər də durmadan artır: 
"Tibb xidmətlərinin bahalığı bir tərəfdən ictimai səhiyyəyə əlçatanlığın azalmasına, digər tərəfdən də onun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Pis idarəçilik və səhiyyədə kommersiyalaşma ucbatından bütövlükdə tibb müəssisələrinə, ayrıca götürdükdə isə işgüzar həkimlərə etimad azalır, milli səhiyyə sistemi nüfuzunu itirir. Belə vəziyyətdə maddi vəziyyətindən asılı olaraq imkanı çatanlar müayinə, müalicə və əməliyyat üçün İrana, Rusiyaya Gürcüstana, Türkiyəyə, Almaniyaya, ABŞ-a və digər ölkələrə üz tuturlar. Bütün bunlar illərlə davam edir. Nə 70 illik ömrünün son 15 ilində bu vəzifəni daşıyan səhiyyə naziri, nə də axır vaxtlar islahatlardan danışanlar səhiyyəyə toxunur”.

Qubad İbadoğlu qeyd edeib ki, son zamanlar icbari tibbi sığortadan da yeni xəbər yoxdur:

"Əslində səhiyyə sistemində hazırkı idarəçilik və infrastruktur, fəaliyyət mühiti və resurslar bu sahədən ictimai gözləntiləri çoxdan dəfn edib. İllərlə dəyişməyən Azərbaycan səhiyyəsi isə inhisarçı dərman şirkətləri ilə birlikdə girdablarına düşən kasıb insanlara yeni xəstəliklər, yeni dərdlər mübtəla edır. Allah bütün xəstələrə şəfa versin”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->