Xəbər lenti

Hərrac zamanı parçalanan milyonluq əsər geri qaytarılmadı
Dünya 21:12 12.10.2018

Hərrac zamanı parçalanan milyonluq əsər geri qaytarılmadı

Ötən günlərdə 1,4 milyon funta satılandan sonra rəssam Banksinin parçalanan "Balloon Girl" əsərini alan qadın rəsmi qəbul etdiyini açıqlayıb.

Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, adı açıqlanmayan həmin şəxs bildirib: "Əvvəlcə şoka düşdüm, daha sonra isə anladım ki, mən öz xüsusi incəsənət nümunəsinə sahib oldum".

Əsər satılandan sonra çərçivəsində yerləşən müxanizm işə düşmüş və rəsm hissələrə parçalanmışdı.

Qeyd edək ki, "Balloon Girl" parçalanandan sonra rəsmə "Love is in the Bin" (Zibillikdəki sevgi) adı qoyulub. Əsərin hadisədən sonra qiymətində artım müşahidə ediləcəyi də proqnozlaşdırılır. Bəzi şəxslər isə rəsmin parçalanma prosesinin əvvəlcədən planlaşdırıldığını iddia edir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->