Xəbər lenti

Paris-2024: Azərbaycan cüdoçusu olimpiya çempionu oldu
İdman 20:09 01.08.2024

Paris-2024: Azərbaycan cüdoçusu olimpiya çempionu oldu

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

Qaynarinfo-nun məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->