Dünya 21:21 29.09.2019

Parlament Boris Consonun impiçmentini müzakirə edir

Böyük Britaniyada müxalif partiyalar Baş nazir Boris Consonun impiçmentini tələb edə bilər.

Qaynarinfo Sunday Times-a istinadən xəbər verir ki, parlament üzvləri 26 sentyabrda məsələni müzakirə ediblər. Müzakirəyə səbəb Ali Məhkəmənin Baş nazirin parlamentin səlahiyyətlərini dondurmaq barədə qərarını qanunsuz elan etməsi olub. İmpiçment təklifini Uelsin "Plaid Cymru" partiyası irəli sürüb. Partiya üzvü Liz Savill qanunları pozduğu üçün B.Consonun cəzalandırılmasının vacib olduğunu bildirib.

24 sentyabrda İşçi Partiyasının lideri Ceremi Korbin Consonun istefasını tələb etmişdi.

Qeyd edək ki, Boris Conson sentyabrın əvvəllərində parlamentin fəaliyyətini 14 oktyabrda qədər dayandırmaq barədə qərar qəbul edib. O, bununla "Sərt Brexit"i reallaşdırmaq, yəni Böyük Britaniyanın Avropa İttifaqını müqaviləsiz tərk etməsini reallaşdırmağa və parlamentin prosesə müdaxiləsinin qarşısını almağa çalışırdı.

Gülşən