Siyasət 17:06 24.07.2013

Partiya sədrləri Avropa Birliyinə müraciət edəcək

Demokratik Qüvvələr Birliyinin (DQB) növbəti iclası keçirilib.

DQB-dan verilən məlumata görə, iclasda Avropa Parlamentinin Azərbaycanı seçki müşahidə missiyalarının tələb olunduğu ölkələr siyahısından çıxarılması ilə bağlı yayılan məlumatlara və onların səbəblərinə aydınlıq gətirmək məqsədilə Avropa Birliyinə müraciət göndərməsi qərara alınıb. Qurumun fəaliyyətini tənzimləmək üçün reqlament qəbul edilib.

Yığıncaqda DQB Azərbaycanın demokratik qüvvələrinin birliyini və qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirakını müsbət qiymətləndirib.

Qaynar.info