Xəbər lenti

Partlayış olan binanın sakinləri harda qalacaq? İcra başçısının müavini açıqladı
Ölkə 21:00 20.11.2018

Partlayış olan binanın sakinləri harda qalacaq? İcra başçısının müavini açıqladı

Gəncə şəhərində partlayış baş verən binanın sakinlərinə yeni bina tikiləcək. Bu müddət ərzində sakinlərin harda qalacağı da məlum olub.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Gəncə şəhər İcra hakimiyyəti Başçının müavini  Mikayıl Zeynalov  sakinlərə konpensasiya ödənildiyini bildirib:

"Partlayış baş verən binanın sakinlərinə yeni bina tikilənə qədər otaq sayına uyğun olaraq müvəqqəti məskunlaşmaları üçün kompensasiya ödənilib".

Qeyd edək ki, bu gün Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb. Yaralı hərbi hospitala yerləşdirilib, vəziyyəti ağırdır.
 
Çingiz Səfərli 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->