Xəbər lenti

Paşinyan bunu öz hakimiyyətinin ən böyük problemi adlandırdı
Dünya 16:30 10.05.2021

Paşinyan bunu öz hakimiyyətinin ən böyük problemi adlandırdı

Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyan İkinci Qarabağ müharibəsini öz hakimiyyətinin ən böyük problemi adlandırıb.

Qaynarinfo erməni KİV-lərinə istinadən məlumatına görə, o, bu sözləri parlamentdə çıxışı zamanı deyib.

Bununla belə o bildirib ki, hakimiyyətə gəldiyi müddətdə müharibə ilə bağlı geri dönmək artıq mümkün deyildi:

"Müharibədən sonra mən dəfələrlə 2018-ci ilin aprelinə qayıtmışam və bütün fəaliyyətimi düşünmüşəm. Mən öz fəaliyyətimi olduğu kimi təkrarlamazdım, amma həmin dövrdə Qarabağ münaqişəsi ilə bağlı "geri dönüş nöqtəsi" artıq keçilmişdi".

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->