Xəbər lenti

Paşinyan da Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiya yaratdı
Siyasət15:53 23.05.2022

Paşinyan da Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiya yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan komissiyanın rəhbəri təyin edilib.
Müvafiq sərəncam Ermənistan Nazirlər Kabinetinin saytında dərc olunub.
"Hökumət fəaliyyəti haqqında" qanunun 7-ci maddəsini əsas götürərək, Azərbaycanla dövlət sərhədinin delimitasiyası və sərhədin mühafizəsi üzrə komissiya yaradılsın. Komissiyanın tərkibi təsdiq edilsin", - Paşinyanın sərəncamında deyilir.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.