Paşinyan Əliyevlə görüşündən danışdı: "Biz əgər eyni yerdə oluruqsa..."
"Prezident İlham Əliyevlə görüş və müzakirələr danışıqlar prosesinin rəsmi başlanğıcı, rəsmi mərhələsi demək deyil”.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook”da canlı yayım edərkən bildirib.
O, Azərbaycan prezidenti İlham Əliyevlə Davosdakı 1,5 saatlıq görüşünü belə şərh edib: "Davosda forum təşkilatçıları bizim ikimizin də orada olduğunu görüb "Görüş təşkil olunmasına qarşı deyilsiniz ki?” deyə soruşdular. Biz də qarşı olmadığımızı dedik. Görüşümüz hər ikimizin razılığı əsasında baş tutdu. Biz əgər eyni yerdə oluruqsa, görüşməkdən çəkinmirik”.
Paşinyan görüşün mövzusunu belə açıqlayıb: "Biz indiyədək olan hər 3 görüşümüzdə danışıqlar prosesinin tarixini müzakirə etmişik. Əlbəttə, tənzimlənmə prosesinin şərtləri və imkanları haqda da danışırıq. Konkret detal haqda isə müzakirə aparmırıq. Sadəcə fikirlərimizi bölüşürük. Bu isə fikir mübadiləsi və danışıqlar prosesinin qarşılıqlı anlayış şəraitində aparılması imkanı deməkdir”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər