Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan martın 21-i və 22-də Moskvaya etdiyi məxfi səfərlə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Qaynarinfo Axar.az-a istinadən xəbər verir ki, "Sputnik Ermənistan”a müsahibə verən Mnatsakanyan martın 22-də İrəvanda olmadığını təsdiqləyib və bunun onun vəzifəsinin səlahiyyətlərinə aid olduğunu bildirib.
"Mənim fəaliyyətimdə heç bir gizlilik yoxdur. Hakimiyyət üzvlərinin hansısa yanlış fəaliyyətlərə yol verəcəyini təxmin etmək, sadəcə, absurddur. Mənim öz səlahiyyətlərim və işim var. Bu səlahiyyətlərin icrasına həm telefonla danışıqlar, həm də İrəvan və ondan kənardakı görüşlər aiddir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə "168 Jam” qəzeti Mnatsakanyanın məxfi şəkildə Moskvaya səfər etməsi və burada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşməsi barədə məlumat yaymışdı. Mnatsakanyanın səfərinin İlham Əliyevlə Nikol Paşinyanın Vyana görüşündən cəmi bir həftə əvvəl baş tutması geniş müzakirələrə səbəb olmuşdu. Ən maraqlı məqam isə bu görüşün Lavrovla Mnatsakanyan arasında telefon danışığından cəmi bir neçə gün sonra baş tutması olub. Erməni mətbuatının iddiasına görə, həmin telefon danışığında Moskva İrəvandan Qarabağ danışıqları ilə bağlı detallı məlumat istəyib.
Şərhlər