Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
"Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı Paşinyan Putinlə zarafatlaşıb:
"Artıq neçənci görüşüm olduğunun hesabını itirdim. Protokoldan olan uşaqlar mənə gizlicə dedilər ki, mən Rusiyaya ən çox səfər edən xarici liderlərdən biriyəm. Əminəm ki, bu səfərlər bizim strateji əlaqələrimizin əhəmiyyətini göstərir və münasibətlərimizin bu cür dinamikası qorunub saxlanacaq”.
Paşinyan Rusiya ilə Ermənistan arasında iqtisadi və parlamentlərarası əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Şərhlər