Ermənistan hadisələrin inkişafının istənilən ssenarisinə, o cümlədən Qarabağ münaqişəsinin həllinə dair danışıqların bərpasına hazırdır.
Oxu.Az "Sputnik Armeniya”ya istinadla xəbər verir ki, belə bəyanatla Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşünü şərh edən Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib.
"Hamımız anlayırıq ki, danışıqların bərpası üçün müəyyən hazırlıq mərhələsi tələb olunur. Biz artıq üzərimizə götürdüyümüz siyasi öhdəliklər çərçivəsində və Ermənistanın milli maraqları kontekstində konstruktiv məcrada danışıqlar prosesini davam etdirməyə hazır olduğumuzu ifadə etmişik”, - Paşinyan vurğulayıb.
Şərhlər