Xəbər lenti

Paşinyan:
Siyasət 22:50 30.01.2019

Paşinyan: "Qarabağ siyasətimizi əvvəlkilərlə müqayisə etməyin"

Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar apardığı kadr islahatları və Azərbaycan prezidenti ilə intensiv qeyri-rəsmi görüşləri fonunda tez-tez səslənən "sülh əvəzinə ərazilər” tezisi ilə bağlı erməni cəmiyyətində və ekspert dairələrində yaranan narahatlığa münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, jurnalistlərə açıqlamasında Paşinyan rəsmi Bakı ilə belə bir tezisin müzakirə edilmədiyini və onun rəhbərlik etdiyi hökumətin Dağlıq Qarabağ siyasətini əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edənlərin yanıldığını bildirib. 

"Biz ümumiyyətlə "sülh əvəzinə ərazilər” formulunu müzakirə edə bilmirik. Bu məsələdə (Dağlıq Qarabağ münaqişəsi) bizim nazirlər kabineti əvvəllər heç bir hökumətin həyata keçirmədiyi siyasət aparır. Buna görə də, hansısa paralellər aparmaq tamamilə yanlışdır”, – deyə Paşinyan vurğulayıb. 

Qeyd edək ki, Paşinyan yenidən baş nazir seçildikdən sonra apardığı hökumət islahatlarında əsasən, sabiq kuratoru, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın kadrlarına vəzifə verməsi, həmçinin, Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən öncə Petrosyandan məsləhət alması Qarabağ ətrafı rayonların qaytarılması ilə bağlı Azərbaycanla gizli razılaşmanın olduğuna dair erməni politoloqların şübhələrini artırıb. 

Petrosyanın hələ hakimiyyətdə olduğu günlərdən ətraf ərazilərin geri qaytarılmasının tərəfdarı olduğunu vurğulayan erməni ekspertlər, bu mənada, Paşinyanla əvvəlki, xüsusən də Petrosyan hökumətinin Qarabağ siyasəti üzrə paralellər aparmağa başlayıblar. Onlar iddia edirlər ki, qətiyyətli çıxışlarına rəğmən baş nazirin son davranışları Ermənistan üçün pis sürprizlə nəticələnə bilər. (azvision.az)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->