Siyasət 10:13 02.11.2018

Paşinyan yenə Azərbaycan sərhədlərini pozdu

Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər edib. 

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, Azərbaycanın işğal altındkə ərazisində Paşinyanı Qarabağ separatçılarının lideri Bako Saakyan qarşılayıb.

Səfər barədə daha detallı məlumat verilməyib. Amma istisna deyil ki, Ermənistan parlamentinin buraxılmasından və növbədənkənar seçki tarixi barədə qərar açıqlandıqdan sonra N.Paşinyanın qəfildən Dağlıq Qarabağa gəlməsi daxili auditoriyaya hesablanıb.