Xəbər lenti

Paşinyandan Arutyunyana təlimat: Onlara silah verildi...
Dünya 22:34 20.02.2021

Paşinyandan Arutyunyana təlimat: Onlara silah verildi...

Əldə etdiyimiz məlumata görə, müharibə bitdikdən sonra Araik Arutyunyanın qərarı ilə bir sıra şəxslər hərbi silahlarla mükafatlandırılıb.

Qaynarinfo Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "Hraparak” qəzeti məlumat yayıb.

Nəşr Qarabağdakı separatçıların başçısına bu təlimatın Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən verildiyini yazıb:

"Mükafat alanlar arasında çox maraqlı adlar var. Məsələn, mafiya lideri hesab edilən Artur Kazaryan, Ermənistan Respublikaçı Partiyasından keçmiş deputat, "Cermuk Qrup”un qurucusu Aşot Arsenyan və başqaları. Mükafat alanların siyahısı olduqca genişdir, təxminən 100-ə çatır”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->