Paşinyanın hərəkətində qeyri-adi heç nə görmürəm... - Politoloq

Paşinyanın hərəkətində qeyri-adi heç nə görmürəm... - Politoloq

"Paşinyanın yeganə çıxış yolu Rusiya ilə əlaqələrini düzəltməkdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanın İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı "İskəndər” raketindən istifadə olunması ilə bağlı dediklərini danmasına aydınlıq gətirərkən deyib. O, Paşinyanın həyatının təhlükədə olduğunu vurğulayıb:
 
 

"Paşinyanın başqa yolu yoxdur. Mən Paşinyanın hərəkətində qeyri-adi heç nə görmürəm. Neyləsin, bu günlərdə hamı onun üstünə hücuma keçib. Məcburdur ki, fikrini tərsinə söyləsin, vəziyyət böhranlıdır. Ona hər an sui-qəsd edə bilərlər. Bundan əlavə Paşinyan bir çox məsələlərdə ittiham oluna bilər”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan "İskəndər"lərlə bağlı dediyi fikirlərdən imtina edib. Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı silahla bağlı dediklərinə düzəliş edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı "İskəndər” raketindən istifadə edilməsini etiraf edib. "1in-am” saytına müsahibə verən Paşinyan deyib ki, müharibədə əslində "İskəndər”dən istifadə olunub, amma raketlər partlamayıb.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR