Azərbaycanlı hakerlər Paşinyanın və Ermənistan hökumətinin saytlarını dağıtdılar (FOTO/YENİLƏNİB)

Azərbaycanlı hakerlər Paşinyanın və Ermənistan hökumətinin saytlarını dağıtdılar (FOTO/YENİLƏNİB)

Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi saytı və Ermənistan Hökumətinin gov.am və e-gov.am saytları azərbaycanlı hakerlər tərəfindən dağıdılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın texnologiya mütəxəssisi Samvel Martirosyan məlumatı aysor.am-a təsdiqləyib.

Onun sözlərinə görə, dağıdılan saytlara Azərbaycan Prezidentinin çıxışları və müxtəlif fotolar yerləşdirilib.



****

Ermənistanın baş naziri Nikol Paşinyanın rəsmi Primeminister.am saytı fəaliyyətini dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın aysor.am saytına Ermənistan Nazirlər Kabinetinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Armen Xaçatryan məlumat verib. Saytın hansı səbəbdən fəaliyyətini dayandırdığı isə açıqlanmayıb. 

"Problemin nə olduğunu aydınlaşdırılır", - deyə Xaçatryan bildirib.

Ermənistan baş nazirinin saytına haker hücumu olduğu ehtimal olunur.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR