Foto 17:56 21.04.2019

Şri-Lankada qanlı bazar: ölənlərin sayı 215-ə çatdı (FOTO/VİDEO/YENİLƏNİB)

Aprelin 21-də Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb, 450 isə yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli polisə istinadən "News First" telekanalı məlumat yayıb.

***16.22
 
Ölkədə baş verən 8 partlayış nəticəsində ölənlərin sayı 207 nəfərə çatıb.
 
Qaynarinfo xəbər verir ki, xəsarət alanların sayı 450-dir. Həyatını itirənlər arasında çox sayda xarici ölkə vətəndaşı var. Türkiyə əsilli 2 hotel əməkdaşı da qurbanlar arasındadır.
 
***13.04 

Şri-Lankada törədilən partlayışlarda ölü sayı 185-ə çatıb.

Qaynarinfo xəbər verir ki, yeni məlumata görə, yaralıların sayı 500-ə yaxınlaşır.

***11.06

Şri-Lankada 3 şəhərdə törədilən teraktlarda ölü sayı 160-a çatıb, 400-ə yaxın insan yaralanıb.

Qaynarinfo xəbər verir ki, Kolombo şəhərində 40 nəfər qətlə yetirilib, 295 nəfər yaralanıb, Kattikaloada 27 nəfər həlak olub, 73 nəfər xəsarət alıb, Katuvapiyada isə 93 nəfər öldürülüb.

***10.10 

Şri-Lankada kilsə və oteldə Pasxa mərasimi zamanı terror hadisəsi törədilib.

Qaynarinfo xəbər verir ki, paytaxt Kolomboda 3 kilsə və 1 oteldə, Neqombo şəhərində isə 2 kilsədə partlayış baş verib. 

Törədilən 6 terror aktında ümumilikdə 42 nəfər ölüb, 283 nəfər yaralanıb. 

Teraktın hansı təşkilat tərəfindən törədildiyi bilinmir.

Gülşən