Xəbər lenti

Payız-2025: Ofisdə nə geyinmək və daha zərif görünmək olar? (SİYAHI)
Ölkə 10:27 28.09.2025

Payız-2025: Ofisdə nə geyinmək və daha zərif görünmək olar? (SİYAHI)

Məşhur ukraynalı dizayner Andre Tan ofis üçün payız mövsümünün ən vacib dəb tendensiyalarını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, onun fikrincə, düzgün seçilmiş geyimlər qadınların gündəlik obrazına həm inam, həm də zəriflik qatacaq.

Klassik, yüksək belli şalvar

Dizaynerə görə, bu şalvarlar hər zaman dəbdədir, ofis mühitinə tam uyğundur və müxtəlif üslublarla kombinlənə bilər. İstər sadə sviter, istərsə də zərif bluz və ya hətta qısa top – hər biri bu şalvarlarla harmonik görünür.



Uzun və ya 7/8 qollu don

Hər zaman qadınsı və zərif görünüş yaradan don, payız mövsümünün əsas seçimlərindəndir. Andre Tan xüsusilə "kiçik qara don”u vurğulasa da, bej, tünd göy və ya qırmızı-bənövşəyi tonların da çox yaraşıqlı olduğunu bildirib.



İpək və ya pambıq klassik bluz

Ofis üslubunun ayrılmaz hissəsi olan bluzlar, həm bahalı görünüş, həm də rahatlıq təmin edir. Pastel və neytral rənglər isə payız-qış mövsümündə ən uyğun seçim hesab olunur.



Klassik jaket və pencəklər

Payız dəbinin dəyişməz ünsürü olan pencəklər, istər qalın, istərsə də yüngül parçadan hazırlansın, obrazı dərhal tamamlayır. Hazırda xüsusilə vurğulanmış çiyin kəsimləri dəbdədir.



Aşağı dabanlı çəkmələr

Həm rahat, həm də zərif görünüş təqdim edən bu ayaqqabılar ofis geyimlərinə mükəmməl uyğunlaşır. Dizayner qara və ya qəhvəyi klassik modelləri seçməyi məsləhət görür.
 


Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->