İnformasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən "B2B Group” MMC daha bir iri məbləğli tenderin qalibi seçilib.
Qaynarinfo xəbər verir ki, tender Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) tərəfindən keçirilib.
DOST Agentliyinin, qurumun mərkəziləri və təsərrüfat cəmiyyətləri üçün texniki imkanların artırılması məqsədilə texnoloji və müxtəlif avadanlıqların satın alınması ilə bağlı keçirilən tenderdə şirkətin qiymət təklifi 2 576 162,08 manat olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "B2B Group” MMC 19 aprel 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Qəzənfər Musabəyov küçəsi, ev 91-də yerləşən şirkətin qanuni təmnsilçisi Bəşirov Ramal Bəşir oğludur.
Açıq mənbələrdə Ramal Bəşirov haqqında heç bir məlumat yoxdur. Mediada gedən xəbərlərdən aydın olur ki, o, əvvəllər "Caspel” şirkətində çalışıb. Həmin məlumatların təhlili göstərir ki, Ramal Bəşirov "B2B Group” şirkətinin sahibi deyil.
Bir neçə il əvvəl şirkət haqqında media resurslarında tirajlanan xəbərlərdə "B2B Group” MMC-nin sahibi kimi Elçin Əliyevin adı çəkilib. Elçin Əliyev 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Səbail Rayon İdarəsinin rəisi, daha sonra isə nazir müavini vəzifəsində çalışıb. O, 2015-ci ildə tutduğu vəzifədən azad edilib.
Lakin "B2B Group” MMC-nin mediada yayılan açıqlamasında bu iddia təkzib olunub.
Bununla belə, "B2B Group” MMC-nin "güclü əl” tərəfindən idarə olunduğu şübhəsizdir. Əks təqdirdə şirkətin vaxtaşırı iri məbləğli tenderlərdə qalib gəlməsi müşkülə çevrilərdi.
"B2B Group” MMC təkcə ötən il 44 tenderin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 24 339 935,50 manatdır.
Seyid
Şərhlər