Ekonomiks 10:28 29.04.2014

Paytaxt sürücüləri üçün xoş xəbər


Sabunçu yol qovşağında yeni ötürücü yollar tikiləcək.

Bu barədə Day.Az saytına "Azəryolservis"dən məlumat veriblər. Birinci zolaq aeroport şossesi ilə paralel olacaq. Layihəyə əsasən, üçzolaqlı yolun uzunluğu 1100 metr, eni isə 12 metr təşkil edəcək. 550 metrlik hissəyə hazırda asfalt örtüyü çəkilir. Sabunçu və Bakıxanov qəsəbələri istiqamətindən gələn yeni yol vasitəsi ilə aeroport şossesi və Zabrat istiqamətində hərəkət edə biləcəklər.

Nəzərdə tutulan ikinci zolağın uzunluğu isə 450 metr olacaq. 3 zolaqdan ibarət yolun eni 10,5 metr təşkil edəcək. Bu yol vasitəsi ilə maşınlar Sabunçudan şəhər istiqamətində və əks istiqamətdə hərəkət edə biəcəklər.

Qaynar.info