Ekonomiks 14:08 11.09.2018

Paytaxtda pensiyaların verilməsinə başlanıldı

Ölkə üzrə pensiyaların maliyyələşdirilməsinə başlanılıb. 

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, sentyabrın 10-dan Naxçıvan MR, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda pensiyalar hesablara köçürülüb.  

Qeyd edək ki, qrafik üzrə sentyabrın 13-də respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 19-da respublikanın digər rayonları üzrə pensiyaların Dövlət Sosial Müdafiə Fondunun orqanlarının xəzinə hesablarına köçürülməsi təmin edilir. 

Ayın sonuna doğru hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların pensiyaları maliyyələşdirilir.