Nobel prospektində bir müddət əvvəl geridönüş üçün quraşdırılan işıqfor sürücülərin narazılığına səbəb olub.
Qaynarinfo xəbər verir ki, söhbət Həzi Aslanov qəsəbəsinin girişinə yaxın hissədə quraşdırılan işıqfordan gedir.
Qəsəbədən çıxan sürücülərə sola dönmək tam şəkildə qadağan edilib. Halbuki prospekt ilə üzü "Nargilə" istiqamətində gedən sürücülər işıqforda gözləməli olurlar.
Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən hissədə hərəkətin tənzimlənməsində hər hansı dəyişiklik edilməyəcək. Oradakı işıqfor təkcə avtomobillərin deyil, eyni zamanda piyadaların da hərəkətini tənzimləyir. Piyadaların rahat və təhlükəsiz keçməsi üçün üzü "Nargilə dairəsi" istiqamətində hərəkət edən sürücülər qırmızı işıqda bir neçə saniyə gözləyirlər. Elə bu səbəbdən Həzi Aslanov qəsəbəsindən çıxan sürücülərə üzü "Nargilə dairəsi" istiqamətində dönməyə icazə verilmir.
Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
Şərhlər