Dünya 11:27 06.06.2020

Pekinlilərə 1.7 milyard dollarlıq yardım çekləri veriləcək - Dövlət dəstəyi

Rəsmi Pekin yerli sakinlərə istehlakı stimullaşdırmaq üçün təxminən 1.71 milyard dollarlıq (12.2 milyard yuan) istehlak çekləri verəcək. 

Qaynarinfo xəbər verir ki, tədbirlər, 6 iyun tarixində Çin paytaxtında istehlak xərclərini canlandırmaq üçün başlanan "istehlak mövsümü” proqramının bir hissəsidir.

Çeklər Çin onlayn ticarət platforması vasitəsilə paylanılıb. Qeyd olunur ki, paytaxt sakinləri həm mağazalarda, həm də İnternetdə təhsil və ya turizm, mədəniyyət və ya idman, qida və digər sahələrdə bu "kupon"larını xərcləyə biləcəklər. Kuponlar yalnız 14 gün ərzində etibarlı olacaq.

Çeklər konkret olaraq 6, 13, 20 və 27 iyun tarixlərində verilməsi planlaşdırılır. Pekinin ticarət idarəsinin rəhbəri Yan Liqan proqramın koronavirus pandemiyası baş verdikdən sonra ticarətin canlanmasına kömək edəcəyini, eyni zamanda istehlakçıların inamını artıracağını söyləyib.

Alpər