Xəbər lenti

Pənahəli xanın nəslinin daha bir nümayəndəsi - O kimdir? (VİDEO)
Video 16:17 10.03.2025

Pənahəli xanın nəslinin daha bir nümayəndəsi - O kimdir? (VİDEO)

Pənahəli xanın nəslinin daha bir nümayəndəsi danışıb. 

Qaynarinfo-ya müraciət edən Tural İbrahimov da həmin nəslin nümayəndəsi olduğunu bildirib.

Hazırda Azərbaycanda yaşayan Tural İbrahimovun sözlərinə görə, ata tərəfdən Pənahəli xanın, ana tərəfdən isə Xələf bəyin nəslindəndir:

"Bu yaxınlarda dostlarım mənə video göndərdi. Dedilər ki, Pənahəli xanın nəslinin nümayəndələrindən biri İspaniyada yaşayır. Mən özüm sosial şəbəkə istifadəçisi olmadığımdan video ilə rastlaşmamışdım. Göndərilən videoya baxdım, xoş oldu. Nostalji hisslər yarandı. 

Ata babam Səməd bəy Pənahəli xanın böyük oğlu İbrahimxəlil xanın soyundandır. Soyadımızın da İbrahimov olması bununla bağlıdır. Biz uşaqlıqdan tariximizə, soykökümüzə bağlı böyümüşük. Rəhmətlik babam, atam bizə Qarabağdan, öz nəslimizin tarixindən danışardı. Uşaq ikən anam bizə nağıl əvəzinə hər iki nəslin görkəmli nümayəndələrindən bəhs edərdi. Biz sözün əsl mənasında nağıllarla deyil, tarix ilə böyümüşük. 

Bu nəsil Azərbaycan elmi, tarixi, ədəbiyyatı üçün böyük şəxsiyyətlər yetişdirib. Bunlardan Xurşudbanu Natavan, Qasım bəy Zakir və digərlərini misal çəkmək olar. Bizim nəsil və Qarabağla bağlı daha ətraflı, geniş məlumatları Ənvər Çingizoğlunun Nazir Əhmədlinin, Vasif Quliyevin araşdırma kitablarında tapmaq olar".

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə İspaniyada yaşayan Pənahəli xanın nəslinin nümayəndələrinin videosu yayılıb.

Günay İlqarqızı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->