Ev baxımı üzrə mütəxəssislər sirkə və nişastadan hazırlanan xüsusi təmizlik vasitəsinin pəncərələri təmiz saxlamaqla yanaşı, 2 ay boyunca toz və kirin yapışmasının qarşısını aldığını bildirir.
Qaynarinfo xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu üsul yalnız şüşələrin üzərini təmizləməkdən ibarət deyil, həm də onları yağış damcıları, toz və digər çirklənmələrə qarşı qoruyur. Qarışımın sirkə və nişastadan ibarət olması mikroskopik qoruyucu təbəqə yaradır və pəncərələrin uzun müddət parlaq qalmasını təmin edir.
Bəs təmizlik vasitəsi necə hazırlanır?
3 litr ilıq suya 2 xörək qaşığı sirkə və 1 xörək qaşığı patates nişastası əlavə edin. Xüsusilə mətbəx pəncərələri üçün bir neçə damcı ammonyak əlavə etmək mümkündür. Qarışımı tətbiq edərkən nişastanın dibə çökməməsi üçün davamlı qarışdırmaq vacibdir.
Çox kirli şüşələrin əvvəlcədən yuyulması tövsiyə olunur.
Mikrofiber dəsmal və ya pambıq parça ilə silinməlidir.
Təmizlikçox isti olmayan, küləksiz və çox isti olmayan havalarda aparılmalıdır ki, qarışım şüşə üzərində homojen qurusun.
Mütəxəssislər bildirir ki, bu üsul sayəsində pəncərələr uzun müddət parlaq qalır, kimyəvi vasitələrə ehtiyac qalmadan ekoloji və ucuz təmizləmə təmin olunur.
Günay
Şərhlər