Xəbər lenti

Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı açıqlama
Ölkə 22:51 25.03.2020

Penitensiar Xidmətdən Tofiq Yaqublu ilə bağlı açıqlama

"Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan şəxslərin hüquqları qanunauyğun şəkildə təmin olunur".

Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanma şəraiti ilə bağlı Unikal.org-un sorğusuna cavab bildirərkən deyib.
 
M.Sadıqov qeyd edib ki, istər T.Yaqublunun, istərsə də başqa məhkumların hüquqları qanunvericilikdə əks olunmuş qaydalara uyğun olaraq təmin edilir. Mətbuat xidmətinin rəhbəri təcridxanalarda ölkədə elan edilmiş karantin rejiminə ciddi riayət olunduğunu da vurğulayıb. Qurum rəsmisi onu da qeyd edib ki, T. Yaqublu bu gün qızı ilə telefon vasitəsi ilə də danışıb:
 
"Həbs yerlərində saxlanılan şəxslərin telefon danışığı və görüş hüququ qanunvericiliklə tənzimlənir. T. Yaqublu məhkum olunduğu gündən indiyədək saxlanma şəraiti ilə bağlı hər hansı bir şikayət etməyib".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->