Dünya 13:05 01.02.2019

Pentaqon Meksika sərhədinə 3500 əsgər göndərir

ABŞ Müdafiə Nazirliyi Meksika ilə sərhədə 3500 əsgər göndərəcək.

Qaynarinfo xəbər verir ki, bununla qanunsuz miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün göndərilən əsgərlərin sayı 5800-ə çatacaq. 

Qeyd edək ki, ötən ilin noyabrında Meksika sərhədinə 5900 əsgər göndərilmişdi. Daha sonra hərbçilərin vəzifə dövrü sentyabr ayına qədər uzadılmış, əsgərlərin bir hissəsi isə geri çağırılmışdı.

Gülşən