Pentaqon qərarından imtina etdi: əsgərlər Vaşinqtondan çəkilməyəcək

Pentaqon qərarından imtina etdi: əsgərlər Vaşinqtondan çəkilməyəcək

ABŞ-da qaradərili Corc Floydun polis zorakılığı səbəbindən ölməsindən sonra başlayan aksiyaların qarşısının alınması məqsədilə paytaxt Vaşinqtona gətirilən hərbçilər geri qaytarılmayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ quru qoşunlarının baş katibi Rayan Makkersi açıqlama verib. O, daha əvvəl geri çəkilmə qərarı verən Pentaqon rəhbəri Mark Esperin sonradan bu qərarını ləğv etdiyini bildirib.

Məsələ ilə bağlı Anadolu Agentliyinə danışan Pentaqon sözçüsü Kris Mitçel də faktı təsdiqləyib:

"Hər hansısa bir dəyişiklik yoxdur. Sözügedən əsgərlər paytaxt bölgəsində ayıq-sayiq gözləyəcəklər, lakin Vaşinqton DC-nin kənarında olacaqlar".

O, çəkilmə əmrinin heyətə bildirilmədiyini ifadə edib.

Qeyd edək ki, Vaşinqton ərazisinə göndərilən 82-ci hava-desant diviziyası və 10-cu alpinist diviziyasının 1600 əsgərinin bu axşam geri göndəriləcəyi açıqlanmışdı.

Camal
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR
X  No Image