Video 00:47 29.11.2021

Peruda şiddətli zəlzələ: əhali təlaşa düşdü (VİDEO)

Peruda 7,3 bal gücündə zəlzələ baş verib.

Ölkəni sarsıdan zəlzələ Ekvador, Kolumbiya və Braziliyada da hiss olunub.

Bildirilib ki, Sakit Okean Halqası qırılma xəttinin sahilində yerləşən ölkə onlarla aktiv vulkana ev sahibliyi edir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də (EMSC) ölkənin şimalında 7,3 bal gücündə zəlzələnin baş verdiyini təsdiqləyib.

Barranca şəhərinin təxminən 45 kilometr şimalında meydana gələn təkanlar yerin 80 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ nəticəsində bir çox tikili zədələnib, dağlıq ərazilərdə də sürüşmələr baş verib.

Şiddətli sarsıntıdan sonra əhalinin təlaşa düşmə anları həvəskar kameralara əks olunub./Publika.az