Xəbər lenti

Peruda təyyarə yanğınsöndürən maşınla toqquşdu, yandı - Ölənlər var
Dünya 11:00 19.11.2022

Peruda təyyarə yanğınsöndürən maşınla toqquşdu, yandı - Ölənlər var

Perunun paytaxtı Limadakı Xorxe Çaves hava limanında sərnişin təyyarəsi uçuş-enmə zolağında yanğınsöndürən maşınla toqquşub və yanğın başlayıb. İki yanğınsöndürən həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC Lima Airport Partners hava qovşağının idarəetmə şirkətinin mesajına istinadən məlumat yayıb.

Avtomobillə toqquşan təyyarə yanan quyruğu ilə bir müddət hərəkətini davam etdirib. Yanğın daha sonra söndürülüb. İlkin məlumatlara görə, sərnişinlər və ekipaj üzvləri arasında itki yoxdur.

Hadisə ilə əlaqədar hava limanı növbəti gün saat 13:00-a qədər (Bakı vaxtı ilə 19 noyabr 22:00) işini dayandırıb. Oraya enməli olan reyslər başqa hava limanlarına yönləndirilir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->