Dünya 19.01.2022

Peskov Putin və Zelenskinin Türkiyəyə dəvət edilməsi haqda: “Alqışlayırıq”

Kreml istənilən ölkənin Ukraynadakı vəziyyəti həll etmək səylərini alqışlayır. 

Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ankaranın təklifini şərh edərkən jurnalistlərə bildirib.

Daha əvvəl Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskini fikir ayrılıqlarını müzakirə etmək və həll etmək üçün ölkəyə dəvət edib.

"Rusiya və Ukrayna arasında əsas fikir ayrılıqları məhz Kiyevin Minsk razılaşmalarının icrasını dayandırması ilə bağlıdır. Əgər türk tərəfdaşlarımız ukraynalılara təsir göstərə və onları əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməyə təşviq edə bilsələr, bu, yalnız müsbət qarşılana bilər", - Peskov deyib.

Xatırladaq ki, 2021-ci il noyabrın 29-da Ərdoğan mətbuat konfransı zamanı məsələni Rusiya və Ukrayna prezidentləri - Vladimir Putin və Vladimir Zelenski ilə müzakirə etməyin zəruri olduğunu bildirmişdi.

Alpər

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?