Xəbər lenti

Peyman Sadıqov AID GROUP-dakı vəzifəsindən ayrıldı
Ölkə 00:24 24.06.2026

Peyman Sadıqov AID GROUP-dakı vəzifəsindən ayrıldı

Tanınmış jurnalist Peyman Sadıqov AID GROUP xaricdə təhsil şirkətinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən ayrılıb.

Qaynarinfo-nun verdiyi məlumata görə, Peyman Sadıqov şirkətdə tutduğu vəzifədən ayrılaraq əməkdaşlığına son verib. Bununla da o, bir müddətdir davam etdirdiyi fəaliyyətini başa çatdırıb.

Peyman Sadıqovun vəzifədən ayrılması ilə bağlı şirkət tərəfindən hələlik  hansısa açıqlama verilməyib. 

Qeyd edək ki, Peyman Sadıqov 20 ildən artıqdır ki, media sahəsində fəaliyyət göstərən jurnalistlərdən biridir. O, müxtəlif informasiya və kommunikasiya layihələrində iştirak edib, media və ictimaiyyətlə əlaqələr istiqamətində çalışıb.

Xatırladaq ki, AID GROUP-un qurucusu Nigar Fərhaddır. 
--> -->