Xəbər lenti

Pezeşkian: Tehran sərhədlərin qorunacağı təqdirdə Zəngəzur dəhlizinin əleyhinə deyil
Siyasət22:09 10.08.2025

Pezeşkian: Tehran sərhədlərin qorunacağı təqdirdə Zəngəzur dəhlizinin əleyhinə deyil

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran reallaşmanı region dövlətlərinin ərazi bütövlüyünü pozulmadığı təqdirdə dəstəkləyir.
"Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, bu marşrutla bağlı İslam Respublikasının tələbləri nəzərə alınıb.
"Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur", - Pezeşkian vurğulayıb.
Eyni zamanda, İran Prezidenti tikintidə Amerika və Ermənistan şirkətlərinin iştirakından narahatlığını bildirib.