Dünya 16:50 26.03.2019

Pikassonun 20 il əvvəl oğurlanmış 25 milyon avroluq əsəri tapıldı

İspan rəssam Pablo Pikassonun 1999-cu ildə oğurlanmış "Buste de Femme" rəsm əsəri Hollandiyanın paytaxtı Amsterdamda tapılıb.

Qaynarinfo xəbər verir ki, Pikassonun sevgilisi "Dora Maar"ın portreti olan əsər 1938-ci ildə çəkilib. "Buste de Femme" 20 il əvvəl ərəb biznesmenin Fransadakı yaxtasından oğurlanıb. O dövrdə 4 milyon avro dəyəri olan rəsmin tapılması üçün 400 min avro vəd edilib, lakin heç bir nəticə əldə edilməyib. Rəsm əsəri hollandiyalı incəsənət dedektivi Artur Brand tərəfindən aşkarlanıb.

Qeyd edək ki, "Buste de Femme"nin hazırkı qiyməti 25 milyon avrodur.

Gülşən