Dünya 18:45 02.08.2018

Pireney yarımadasında 50 dərəcə isti gözlənilir

Növbəti həftə Avropada yerləşən Pireney yarımadasında rekord temperatur qeydə alına bilər.

Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, yarımadada yerləşən İspaniya və Portuqaliyada temperatur 50 dərəcəyə çata və Avropada istilik rekordu qırıla bilər. Daha əvvəlki ən yüksək istilik 1977-ci ildə Yunanıstanın paytaxtı Afinada qeydə alınmış və havanın temperaturu 48 dərəcə olmuşdu. 

Afrikadan gələn isti hava kütlələri belə təhlükəli vəziyyətə səbəb olacaq. İspaniyada 2017-ci ildə 47,3 dərəcə, Portuqaliyada isə 2003-cü ildə 47,4 dərəcə qeydə alınıb və bu, ölkələrin rekord temperaturu hesab edilir. 

Gülşən