ABŞ hərbçiləri Suriyadan çıxarkən hücuma məruz qalıb.
Qaynarinfo xəbər verir ki, yerli mənbələrin paylaşdığı görüntüyə görə, Suriyadan çıxan ABŞ əsgərləri PKK-nın Suriya qanadı YPG-nin nəzarətindəki Qamışlı şəhərində yerli sakinlər tərəfindən daş və çürük meyvə atəşinə tutulub.
Xatırladaq ki, ABŞ əsgərləri Türkiyənin "Barış Pınarı” hərəkatından sonra həmin əraziləri tərk etməyə başlayıb. PKK/YPG bunu ABŞ-ın kürdlərə xəyanəti adlandırıb.
Alpər
Şərhlər