PKK dağılır: Terrorçular bir-bir təslim olur

PKK dağılır: Terrorçular bir-bir təslim olur

Terror təşkilatı PKK dağılmağa davam edir.

Qaynarinfo xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi bu yaxınlarda İraqın şimalındakı sığınacaq bölgələrindən qaçan daha 4 PKK terrorçusunun Nusaybin bölgəsindəki sərhəd polis bölməsinə təslim olduqlarını açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl İraqın şimalındakı sığınacaq bölgələrindən qaçan 8 PKK terrorçusu Silopidə təhlükəsizlik qüvvələrinə təslim olmuşdu.

Antiterror əməliyyatları davam edir.

Alpər
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR