Dünya 12:39 09.04.2019

PKK lideri zərərsizləşdirildi

PKK terror təşkilatının liderlərindən olan Mehmet Soysüren zərərsizləşdirilib.

Qaynarinfo CNNTurk-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. "Pençe" əməliyyatı çərçivəsində İraqın şimalına hava hücumu təşkil edilib və qırmızı siyahıda yer alan "Savaş Porsipi" kod adlı Mehmet Soysüren öldürülüb. 

Gülşən