"Barış pınarı” əməliyyatının irəliləməsi ilə bərabər terror təşkilatı tərəfdarlarının sosial mediada manipulyasiya cəhdləri də artıb.
Qaynarinfo xəbər verir ki, PKK terror təşkilatı Türkiyənin "Barış pınarı” hərəkatını gözdən salmaq üçün dezinformasiya fəaliyyətinə başlayıb.
Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və dinclik gətirmək məqsədi daşıyan "Barış pınarı” hərəkatı əleyhinə yenin taktika seçən PKK tərəfdarları ABŞ Prezidenti Donald Trampı işarələyərək başqa yerlərdə çəkilmiş fotoşəkilləri ictimai mediada paylaşıb.
Alpər
Şərhlər