XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi
Ölkə16:50 28.09.2026

"Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi

“Planet Kids” uşaq bağçasında işə düzəltmək adı ilə vətəndaşdan 1000 manat alan qadınla bağlı məhkəmə qərarı çıxarılıb.

Qaynarinfo xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsi İsmayılova Rəmziyyə Asif qızının Həşimova (Yermanova) Zinyət Qərib qızına qarşı pul tələbinə dair iddiasını təmin edib.

Məhkəmə materiallarına görə, hadisə 2024-cü ilin iyulunda baş verib. Rəmziyyə İsmayılova “Planet Kids” uşaq bağçasında işə düzəlmək istəyib. Həşimova isə ona bağçada iş təşkil edəcəyini vəd edərək bunun müqabilində 1000 manat pul alıb.

İddiaçı bildirib ki, Həşimova onun etibarından sui-istifadə edərək və aldadaraq həmin vəsaiti ələ keçirib.

Məsələ ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinin 2025-ci il tarixli hökmü ilə Həşimova (Yermanova) Zinyət Qərib qızı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan sonra Rəmziyyə İsmayılova ona dəymiş 1000 manat maddi ziyanın tutulması üçün məhkəməyə müraciət edib. O, həmçinin ödədiyi 30 manat dövlət rüsumunun da cavabdehdən alınmasını istəyib.

Məhkəmə iclasında iştirak etməyən Həşimova göndərdiyi ərizədə iddia tələbini qəbul etdiyini bildirib.

Məhkəmə cinayət hökmünü və iş üzrə digər sübutları araşdıraraq iddianı əsaslı hesab edib.

Nəticədə Həşimova (Yermanova) Zinyət Qərib qızından İsmayılova Rəmziyyə Asif qızının xeyrinə 1000 manat maddi ziyan və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1030 manat tutulmasına qərar verilib.

Aydın