Dünya 09:45 18.03.2019

Poçt göyərçini rekord qiymətə satıldı

Belçikada təşkil edilən auksionda göyərçin 1 milyon 252 min avroya satılıb.

Qaynarinfo xəbər verir ki, məbləğ online auksionda Armando adlı erkək poçt göyərçininə verilib. Uzaq məsafədə 5 dəfə qalib olmuş Armando Çindən olan şəxs tərəfindən alınıb.

Qeyd edək ki, Belçikada 2017-ci ildə poçt göyərçini 400 min avroya satılmışdı.

Gülşən