Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada məşhur ifaçımız Müslüm Maqomayevlə bağlı keçirilən tədbirlərə qatılmır.
"Qaynarinfo" ölkə.az-a istinadən xəbər verir ki, hətta 2011-ci ildə səfirliyin ərazisindəki parkda Maqomayevin heykəli qoyularkən müvafiq sənədə imza atmaqdan imtina edibmiş. Lakin sonradan Bülbüloğlu sözügedən sənədi imzalamağa razılaşıb.
İddia edilir ki, səfir nəinki Maqomayevlə bağlı tədbirlərdə iştirak etmir, hətta səfirlik əməkdaşlarına "Maqomayevlə bağlı tədbirə getsəniz, sabah işə gəlməyin" formasında xəbərdarlıq edib.
Səfirlik əməkdaşlarından birinin dediyinə görə, 2011-ci ildəki mərasimdə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Ramiz Rizayev, Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya, Diaspora rəhbəri Məmməd Əliyev iştirak edib.
Başqa bir iddiaya görə, bu durum Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətinə də mənfi təsir göstərib. Hətta bildirilir ki, bu kimi şeylərə görə diaspora sahəsində fəaliyyət göstərən şəxslər səfirlikdən incikdirlər.
Qaynarinfo.Az
Şərhlər