Sənət 19:23 25.02.2015

Polad Bülbüloğlu təltif olundu

Fevralın 25-də Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə gedib.

Azərbaycanın Rusiyadakı səfriliyinin mətbuat xidmətindən modern.az-a bildirilib ki, bu gəlişin məqsədi çoxillik yaradıcılıq fəaliyyəti və incəsənətin inkişafındakı xidmətlərinə görə səfir Polad Bülbüloğluna “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunması haqqında sərəncamı təqdim etmək olub.

Olduqca müsbət və dostluq ab-havasında keçən görüşdə səfir Polad Bülbüloğlu və Dağıstanın başçısı Ramazan Abdulatipov Azərbaycan-Dağıstan münasibətlərinin hazırkı səviyyəsi haqqında razılıq ifadə edib və sözügedən münasibətlərin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Ramazan Abdulatipov Polad Bülbüloğlunu Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədi ilə Dağıstana dəvət edib.

Qaynar.info